Fəth hərəkatı İsrailə xəbərdarlıq etdi

Fəth hərəkatı İsrailə xəbərdarlıq etdi

Qüdsdəki Fəth hərəkatının sözçüsü Məhəmməd Rəbi deyib: Fəth Hərəkatı işğalçı İsrail rejimi rəsmilərinin işğal olunmuş Qüds torpaqlarına gündəlik hala çevirdiyi təcavüzünü pisləyir!

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Məhəmməd Rəbi həmçinin işğalçı İsrailin xarici işlər naziri Yair Lapidin işğal olunmuş Qüdsün Bab əl-Əmud bölgəsinə qanunsuz daxil olmasını və onun ekstremist sionistlərə Məscidül-Əqsaya doğru yürüş vədlərini sərt tənqid edib.

Ən-Nəşrə şəbəkəsinin məlumatına görə, Məhəmməd Rəbi deyib:
"Məscidul-Əqsada ibadətə məşğul olanlara qarşı təcavüz, məsciddəki müsəlmanların həbs edilməsi, onları məsciddən uzaqlaşdırmaq üçün atəş açılması, gözyaşardıcı qazdan istifadə edilməsi və sair məhdudiyyətlər göstərir ki, sionist rejim bu hücumlarla müqəddəs Ramazan ayında müsəlmanların mənəvi ab-havasını korlamaq, onlara qarşı mənəvi terror ardıncadır!"
Fəth hərəkatının sözçüsü işğalçı rejimin təcavüzkar siyasətinin fəsadları barədə xəbərdarlıq edərək bildirib ki, bu siyasətlər davam edərsə, vəziyyət partlayış həddinə çatacaq və münaqişə sonsuz (din müharibəsinə) çevriləcək!

 

Xəbəri paylaş

VİDEOLAR