Fransız futbolçu Qəzza ilə bağlı paylaşım edib

Fransız futbolçu Qəzza ilə bağlı paylaşım edib

Fransa millisinin futbolçusu Paul Poqba İsrailin Qəzzaya son hücumu zamanı həyatını itirənlər üçün başsağlığı verib.

Az.rasthaber.com xəbər verir ki, İtaliya 1-ci Futbol Liqası (Serie A) komandalarından biri olan "Yuventus"a transfer olunan Poqba, sosial şəbəkə hesabında paylaşım edərək Qəzzada baş verənləri pisləyib.

Hücum zamanı həyatını itirən uşaqların bəzilərinin fotosunu paylaşan Poqba “Allahım Qəzza xalqını qoru” mesajını yazıb.

Xatırladaq ki, İsrail ötən həftə Qəzzada İslami Cihad təşkilatına aid olduğunu iddia etdiyi hədəflərə hücuma hazırlaşdığı səbəbiylə hücumlar təşkil edib. İsrailin hücumundan sonra Qəzzadan İsrail istiqamətində bir sıra raketlər atılıb. İsrailin Qəzza zolağına hücumları nəticəsində 14-ü uşaq, 4-ü qadın olmaqla 44 nəfər həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR