Fransanın xarici işlər naziri ölkəsini Qarabağ münaqişəsində neytral olmağa çağırdı

Fransanın xarici işlər naziri ölkəsini Qarabağ münaqişəsində neytral olmağa çağırdı

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian (Jean-Yves Le Drian) ölkəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutmasının vacibliyini bildirib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Fransa Xarici İşlər naziri Milli Məclisində erməni lobbisinin təsiri altında olan bir qrup deputatın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı çağırışına cavab verərək deyib:

"1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa onda qanuniliyini itirəcək".

Fransanın Ermənistanla ikitərəfli sıx əlaqələrinin olduğunu deyən J.-İ. Lö Dryan  ölkəsinin Azərbaycanla da uzun tarixi əlaqələri olduğunu vurğulayıb.

"Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”,-deyə J.-İ. Lö Dryan bildirib.

Xəbəri paylaş

VİDEOLAR