Məryəm Pujetu yerli və millətcə fransız olan müsəlman xanımdır
Rasthaber Azərbaycan xəbər verir ki, sağçı və respublikaçı partiyalarından olan deputatlar parlamentdəki iclasda hicablı müsəlman tələbənin olmasına görə zalı nümayişkaranə tərk ediblər.
Məryəm Pujetu yerli və millətcə fransız olan müsəlman xanımdır. O, 21 yaşının olmasına baxmayaraq, UNEF (Fransa Tələbələrinin Milli İttifaqı) tələbə ittifaqının Sorbondakı prezidentidir. 17 sentyabrda o, profilli iclasların birində iştirak üçün parlamentə gəlib.
Hicablı xanımın gəlişi orada olan bəzi insanların narazılığına səbəb olub. Respublikaçı Anne-Kristian Land öz çıxışında bildirib: “Parlament üzvü və feminist biri kimi, bir insanın hicablı halda bizim iclasda iştirakı ilə razılaşa bilmərəm. (Hicablı birinin gəlişi) mənim üçün alçalma əlamətidir. Buna görə də mən bu iclası tərk etdim”. Onunla yanaşı sağçı və respublikaçı deputatlar da zalı tərk ediblər.
En tant que députée et féministe, attachée aux valeurs républicaine,à la #laicite et aux #droitsdesfemmes, je ne peux accepter qu’une personne vienne participer à nos travaux à l’#AN en hijab, qui reste pour moi une marque de soumission.
— Anne-Christine Lang (@AChristine_Lang) September 17, 2020
J’ai donc quitté cette audition #DirectAN pic.twitter.com/6L5PRF2YvX