Fransada yanacaq satışına limit tətbiq edilib

Fransada yanacaq satışına limit tətbiq edilib

Fransanın cənub regionlarında yanacaq satışına limit tətbiq edilib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Var, Voklüz və Yuxarı Provans Alpları departamentlərində hər avtomobilə maksimum 30 litr yanacaq verilir. Məqsəd mümkün qədər çox sürücüyə yanacaq satmaqdır. Bundan başqa, bidonlarla yanacaq alınmasına icazə verilmir. İctimai nəqliyyat, polis, təcili yardım və yanğınsöndürən avtomobillərin yanacaq təchizatında limit tətbiq edilmir.

Qeyd edək ki, “TotalEnergies” şirkətinin 10 gündən çox davam edən tətili Fransada ciddi yanacaq böhranına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR