Fransada "NATO-ya yox" aksiyası keçirilib

Fransada

Ukrayna-Rusiya müharibəsinin birinci ildönümü ilə əlaqədar bir çox ölkələrdə müharibə əleyhinə aksiyalar keçirilib. Parisdə toplaşan minlərlə nümayişçi ölkələrinin NATO-dan çıxmasını tələb edib.

Az.rasthaber.com xəbər verir ki, Fransanın paytaxtı Parisdə toplaşan minlərlə nümayişçi ölkələrinin NATO-dan çıxmasını tələb edib.

Almaniyanın paytaxtı Berlində də Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya ilə danışıqlar tələbi ilə nümayiş keçirilib.

Fevralın 25-i şənbə günü buludlu hava şəraitinə baxmayaraq, on minlərlə insan tarixi Brandenburq darvazasının qarşısına toplaşıb.

Sol Partiyasının deputatı Sahra Vaqenknext və jurnalist-yazar Alice Şvarzerin dəvəti ilə toplaşan nümayişçilər NATO və Ukraynaya daha çox silah verilməməsinə qarşı çıxıblar.

Xəbəri paylaş

VİDEOLAR