Fransanın Bon-Encontre şəhərində müsəlmanlara aid mağaza yandırılıb.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, hadisə nəticəsində mağaza tamamilə yansa da, xəsarət alan olmayıb.
Fransız deputat Mathilde Panot isə bu barədə tviter səhifəsində paylaşımında müsəlmanlara qarşı nifrətin davam etdiyini bildirib.
Siyasətçi və yazar Tomas Portes isə vurğulayıb ki, cinayətkar ən ağır şəkildə cəzalandırılmalıdırlar.