İnsident nəticəsində heç kəsin xəsarət almadığı qeyd edilir.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Paris yaxınlığında yerləşən Bretenyi-sur-Orj kommunasındakı məscid təhqir edilib.
Şəhər meri Nikolya Meari məlumat verib ki, naməlum şəxs avtomobillə məscidin darvaza və giriş qapısını dağıdıb. İçəri daxil olan şəxslər içəridə odsöndürəni tozlandırıblar.
İnsident nəticəsində heç kəsin xəsarət almadığı qeyd edilir. Araşdırma aparılır.
Attaque bélier à la mosquée de Brétigny sur Orge.... les adeptes de @DamienRieu continuent à attaquer les musulmans sans condamnation de l'exécutif. #attentat #terrorisme #France pic.twitter.com/9vmQGbKKF2
— Fantomas_ECI (@fantomas_33130) December 2, 2020
Mer bildirib ki, məscidə hücumda istifadə edilən avtomobilin qonşu ərazidə yandırılmış halda tapıldığı ehtimal edilir.
“Ouest France” qəzetinin məlumatına görə, məscidə soxulmuş şəxslər işdən qayında yerli sakinlərdən biri onları gördükdə qaçıblar.