3.07.2024 11:03:05
Fransada məhkəmə Nitsadakı özəl müsəlman orta məktəbinin bağlanması qərarını ləğv edib.
2024-cü ilin mart ayında Nitsa Qubernatorluğu təxminən 100 şagirdi olan məktəbi tədris ilinin sonunda bağlamaq qərarına gəldiyini açıqlayıb. Buna səbəb kimi isə “Məktəbin maliyyə imkanları barədə dəqiq məlumat verilməməsi” göstərilib.
Məktəb rəhbərliyi qərara reaksiya verib və yazılı açıqlamasında iddianı rədd edib.