Fransanın hakim partiyasından olan deputatların Parlamentdən yetkinlik yaşına çatmayan müsəlman qızlarına hicabı qadağan edən qanun layihəsini keçirmək cəhdi uğursuz alınıb.
Rasthaber Azərbaycan “Islamazeri.com”a istinadla xəbər verir ki, ilkin variantda “İslam separatizminə qarşı qanun” adlandırılan düzəlişlər, sonuncu redaksiyasında daha neytral – “Respublika dəyərlərinin möhkəmləndirilməsi” kimi təqdim olunub.
Sənədin müəllifləri 18 yaşından kiçik qızlara qadının kişi ilə müqayisədə daha aşağı statusa malik olmasını nümayiş etdirən geyimlərin qadağan olunmasını təklif edirdilər. Lakin Parlamentin xüsusi komissiyası ekstremist müddəaların olması səbəbi ilə qanunun layihəsinin indiki variantda qəbul edilməsini məqsədəuyğun saymayıb.