Bu barədə Fransa prokurorluğu məlumat verib.
Rasthaber Azərbaycan france24-ə istinadən xəbər verir ki, Fransanın Pyui-de-Dom departamentində 3 jandarma əməkdaşı öldürülüb, biri yaralı olaraq xəstəxanaya çatdırılıb.
Bu barədə Fransa prokurorluğu məlumat verib.
Qeyd edilir ki, hüqiq-mühafizə əməkdaşları binanın damında gizlənən qadını xilas etməyə gələn zaman 48 yaşlı kişi onlara hücum edib.
Cinayətkar – jandarma əməkdaşları binaya yaxınlaşarkən onlara atəş açıb, nəticədə 1 əməkdaş ölüb, digəri isə yaralanıb. Az sonra cani binanı yandırıb və nəticədə 2 jandarma əməkdaşı ölüb.