Fransa vətəndaşı olan İŞİD üzvü Ankarada saxlanılıb

Fransa vətəndaşı olan İŞİD üzvü Ankarada saxlanılıb

O ölkəsinə deportasiya olunacağı qeyd edilir

Ankara Baş Polis idarəsi Terrora Qarşı Mübarizə Kəşfiyyat Şöbə Müdirliyi qruplarının apardıqları təhqiqat nəticəsində İŞİD terror təşkilatı üzvü olan və qırmızı bülleten ilə İnterpol tərəfindən axtarılan Fransalı Sarah Talib Ankarada ələ keçirilib.

Rasthaber xəbər verir ki, o  ölkəsinə qayıtmaq üçün Fransa səfirliyi ilə əlaqə yaratmağa çalışdığı təyin olunduqdan sonra səfirlikdən 200 metr məsafədə  Türkiyə Güc strukturları tərəfindən saxlanılıb.

Terrora Qarşı Mübarizə Şöbə Müdirliyinə aparılan Talib, ifadəsindən sonra deportasiya ediləcək.

Xəbəri paylaş

VİDEOLAR