Misirin Hərbi Dəniz Qüvvələri (HDQ) Aralıq dənizində Fransa HDQ ilə birlikdə təlim keçirib.
Rasthaber “Russia Today”-a istinadən xəbər verir ki, Misirin Hərbi Dəniz Qüvvələri (HDQ) Aralıq dənizində Fransa HDQ ilə birlikdə təlim keçirib.
Təlimlərdə Misirə aid “Tahiyya Masr”, 1400/209 layihəli sualtı qayıq, həmçinin Fransaya aid “Latouche-Tréville” freqatı iştirak edib.
Qeyd edilir ki, təlimlər zamanı hərbçilər gecə vaxtı sualtı qayıqların hücumlarının dəf edilməsini, elektron müharibənin aparılmasını, “qeyri-standart” hücumların dəf edilməsini, həmçinin digər hərəkətləri məşq ediblər.