Fransa qoşunları 9 illik işğaldan sonra Malidən geri çəkilir

Fransa qoşunları 9 illik işğaldan sonra Malidən geri çəkilir

Fransa Barxane əməliyyatı çərçivəsində Malidəki hərbi qüvvələrinin son birliyinin ölkəni tərk etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qaodakı Əməliyyat Səhra Platformasında xidmət edən bölmənin platformanı Mali hərbi qüvvələrinə təhvil verdiyi və günorta saatlarında Nigerə hərəkət etdiyi qeyd edilən açıqlamada, Fransa prezidentinin fevralın 17-də verdiyi qərara uyğun olaraq Barxane qüvvələrinin 9 ildir olduqları Malidən kənarda 6 aydan az müddətdə yenidən təşkil edildiyi bildirilib.

Yelisey Sarayından verilən açıqlamada, bu səhər saatlarından etibarən Barxane əməliyyatında iştirak edən son Fransız əsgərinin Malidən ayrıldığı, bununla belə, Fransanın Sahel, Qvineya körfəzi və Çad gölü regionunda terrorizmlə mübarizə və sabitlik məqsədinə bağlı qalacağı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR