Fransa sığınacaqla bağlı müraciәtlәrini rәdd etdiyi terror tәşkilatı üzvünü deportasiya edib.
Rasthaber Azərbaycan TRThaber-ə istinadən xəbər verir ki, Paris Apellyasiya Mәhkәmәsi 2006-cı ildә qeyri-qanuni yollarla Fransaya gedәn PKK üzvü Mehmet Yalçına terror tәşkilatının lehinә fәaliyyәtlәr yürütdüyü vә maliyyә dәstәyi verdiyi üçün 2 il hәbs cәzası vermişdi.
PKK üzvü Yalçının sığınacaqla bağlı bir neçә müraciәtini rәdd edәn Fransa tәşkilat üzvünü Türkiyәyә deportasiya edib.
Qeyd edәk ki, Yalçın Türkiyәdә axtarışda idi.