Fransa liqasında çempion elan olunub

Fransa liqasında çempion elan olunub

Futbol üzrə Fransa çempionatında qalib elan olunub.

"Report" "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 rəhbərliyi turnir cədvəlindəkı sıralamanı olduğunu kimi qəbul edəcək. 

Bununla da PSJ 2019/2020 mövsümünün çempionu olub. Ancaq elitanı tərk edəcək komandaların adları açıqlanmayıb. 

Qeyd edək ki, çempionluq rəsmiləşsə, bu PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu çempionluğu olacaq. 

Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlamışdı. 

Xəbəri paylaş

VİDEOLAR