Fransa bazar ertəsi verdiyi açıqlamada İsrail hökumətinin 5 yaşayış məntəqəsinin qanuniləşdirilməsini, minlərlə yeni evin tikintisinə icazə verməsini və İordaniya vadisində minlərlə hektar ərazini mənimsəməsini şiddətlə pisləyib.
Fransa təkidlə vurğulayıb: "İsrailin Şərqi Qüds də daxil olmaqla Fələstin ərazilərini müstəmləkə etməsi beynəlxalq hüququn pozulmasıdır."
Qeyd edək ki, bir neçə gün əvvəl sionist rejim dövləti Fələstin Muxtariyyətinə qarşı sanksiyalarla yanaşı İordan çayının qərb sahilində yeni məskunlaşma mərkəzlərinin “qanuniləşdirilməsi” planlarını təsdiqləyib.