Bildirilir ki, kiçik üstünlüklə referendumda müstəqillik əleyhdarları qalib gəliblər.
Rasthaber “Russia Today”-a istinadən xəbər verir ki, Fransanın Melaneziyada (Sakit Okean) yerləşən mülkü olan Yeni Kaledoniyanın sakinləri metropoliyadan* tam müstəqilliyin əleyhinə səs veriblər.
Bildirilir ki, kiçik üstünlüklə referendumda müstəqillik əleyhdarları qalib gəliblər.
Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyadakı referendumun nəticələrini şərh edib.
“Seçicilərin əksəriyyəti Yeni Kaledoniyanın Fransanın tərkibində qalması istəyini təsdiq ediblər”, – deyə o bildirib.
O deyib ki, referendumda seçici iştirakı yüksək olub – 85,64%.
Xatırladaq ki, Yeni Kaledoniyanın müstəqilliyinə dair ilk referendum 2018-ci ildə keçirilib; o zaman da müstəqilliyin əleyhdarları qalib gəlib.
Bu məsələ ilə bağlı növbəti səsvermə isə 2022-ci ildə təkrarlana bilər.
Qeyd edək ki, Yeni Kaledoniyada 271,407 insan yaşayır. Ərazisi 18,576 kvadrat kilometrdir.
*Metropoliya – müstəmləkələrə sahib olan dövlətlər öz müstəmləkələrinə nisbətən belə adlanırlar.