Bu planın məqsədi Airbus təyyarəsi istehsalçısına və milli Fransa Air France şirkətinə dəstək olmaqdır.
Rasthaber Azərbaycan xəbər verir ki, hava yolu sənayesi koronavirus pandemiyasına görə yaranmış böhrandan təsirlənənlərdən biri olub. Aviaşirkətlər nəqliyyatın hərəkətin kəskin azaldıb və təyyarə almaqdan imtina edib.
Bəs, müxtəlif ölkələrin səlahiyyətliləri sənayenin böhrandan çıxmasına necə kömək edir?
BBC bildirir ki, Fransa bu həftə aerokosmik sənayesinin 15 milyard avro dəyərindəki xilas planını ortaya qoydu. Bu planın məqsədi Airbus təyyarəsi istehsalçısına və milli Fransa Air France şirkətinə dəstək olmaqdır.
Plana əvvəllər Air France-dan yeddi milyard avro yardım daxil edilmişdi. Aviaşirkətin donanması koronavirus pandemiyası səbəbindən "yerdən qalxa bilməyib", onun ortağı KLM isə Hollandiya dövlətinin dəstəyini alıb.
Qlobal aviasiya sənayesi hava səyahətlərinin azalması səbəbindən böyük itkilər yaşayır ki, bu da yeni təyyarələrə sifariş sayının azalmasında özünü göstərir. Bu sifarişlərin azalmasının təsirləri xırda detal istehsalçılarına da təsirsiz ötüşməyib.