Fransa: ABŞ Avropanı zəiflədərək iqtisadi hökmranlıq etməyə çalışır!

Fransa: ABŞ Avropanı zəiflədərək iqtisadi hökmranlıq etməyə çalışır!

Fransanın İqtisadi, Maliyyə Sənaye və Rəqəmsal Suverenlik naziri Bruno Le Maire ABŞ-ı Ukrayna münaqişəsi fonunda Avropanı zəiflədərək iqtisadi hökmranlıq yaratmağa cəhd etməsi barədə xəbərdarlıq edib.

İslamazeri.com xəbər verir ki, Fransanın maliyyə naziri xəbərdarlıq edib ki, Amerikanın enerji bazarındakı böhranlı vəziyyəti əleyhimizə istifadə etməsinə icazə verməməliyik.
O ABŞ-ı "mayeləşdirilmiş təbii qazını öz istehsalçılarından dörd dəfə baha satması" vəziyyətini qəbuledilməz adlandırıb.
Onun sözlərinə əlavə edərək deyib ki, “Ukraynadakı münaqişə ABŞ-ın iqtisadi hökmranlığı və Avropa İttifaqının zəifləməsi ilə bitməməlidir”.

Xəbəri paylaş

VİDEOLAR