Əfqanıstanla bağlı İstanbulda keçirilməsi nəzərdə tutulan tədbir təxirə düşüb

Əfqanıstanla bağlı İstanbulda keçirilməsi nəzərdə tutulan tədbir təxirə düşüb

Aprelin 24-də Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) İstanbulda keçirilməsi nəzərdə tutulan “Əfqanıstan Sülh Prosesi” konfransı təxirə salınıb.

Rasthaber xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanallarından birində gündəmi dəyərləndirərkən bildirib.

Nazir konfransın Ramazan bayramından sonra keçiriləcəyini söyləyib.

Mövlud Çavuşoğlu "Heyətlərin qurulması və hazırlıq baxımından da konfransın təxirə salınmasının faydalı olacağını gördük. Qətər, ABŞ və BMT ilə məsləhətləşmələr oldu. Ramazandan sonraya (15 may) təxirə salma qərarına gəldik" deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın açılış niqtilə start götürəcək konfransa 21 ölkə ilə yanaşı 3 beynəlxalq təşkilat və Əfqanıstandan iki tərəfin iştirak edəcəyini bildirən Çavuşoğlu ""Taliban" iştirak etmədən konfransın mənası olmaz" deyə qeyd edib. 

Çavuşoğlu Suriyada gələn ay keçiriləcəyi açıqlanan prezident seçkisi barədə isə deyib ki, rejimin öz başına keçirəcəyi seçki qanuni ola bilməz və bu seçkini də heç kəs tanımaz. Qanuni olmayan bir seçkiyə dəstək olmaq bizim prinsiplərimizə zidd düşər.

Xəbəri paylaş

VİDEOLAR