Əfqanıstanın Şiə Üləması Talibanın yeni hökümətini tənqid etdi

Əfqanıstanın Şiə Üləması Talibanın yeni hökümətini tənqid etdi

Əfqanıstanın Şiə Üləması bu barədə bəyanat yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstanın Şiə Üləması Talibanın yeni kabinetini tənqid edib.

Şiə Üləma höküməti xalqın istəklərinə cavab vermədiyini bildirib.

"Əfqanıstan Şiə Üləması Şurası, İslami Talibanın açıqladığı kabineti ölkə mənfəəti üçün uyğun görmür, ədalətsiz olduğunu bildirir və bunun ictimaiyyət və ölkə üçün problemlərə yol açacağını düşünməkdədir. Bu səbəblə Əfqanıstan Şiə Üləması Şurası, İslami Talibanın vədlərini yerinə yetirmək və hakimiyyətdəki kabineti hərtərəfli etmək üçün işbirliyi, qardaşlıq və əlaqələri təmin etmək üçün müsbət tendensiya yaratması və problemi həll etmək istiqamətində ortaq səylər etməsini tövsiyə edir."

- deyə Əfqanıstanın Şiə Üləmasının bəyanatında deyilir.

Xəbəri paylaş

VİDEOLAR