"Əfqanıstanın mövcud hakimiyyətini tanımırıq"

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan gündəmi dəyərləndirib.

Az..rasthaber.com xəbər verir ki, Əmir Abdullahiyan deyib:

"Xarici siyasət baxımından hələ də bölgədə müxtəlif çətinliklərlə üzləşirik. Yəmən müharibəsindən sonra Sudanda müharibə başladı.

Əfqanıstan hələ də regionda və dünyada mühüm problem olaraq qalır.

Biz Əfqanıstanın indiki hakimiyyətini tanımadığımızı və ölkədə bütün etnik qrupları, dinləri və xalqları təmsil edən hərtərəfli hökumət qurulmalı olduğunu açıq şəkildə bəyan etdik."

Xəbəri paylaş

VİDEOLAR