Əfqanıstanın Calalabad şəhərində bazarda partlayış törədilib, yaralananlar var

Əfqanıstanın Calalabad şəhərində bazarda partlayış törədilib, yaralananlar var

Əfqanıstanın Nəngərhar əyalətinin inzibati mərkəzi Calalabad şəhərinin bazarında partlayış törədilib. Yaralananlar var.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün Calalabad bazarında valyuta dəyişmə məntəqələrinin yerləşdiyi ərazidə partlayış törədilib.

Səhiyyə mənbələri xəstəxanalara doqquz yaralının çatdırıldığını bildiriblər.

Taliban hökuməti hələ bu partlayış haqda məlumat yaymayıb.

Qeyd edək ki, bu gün sübh Bəlx əyalətinin inzibati mərkəzi, Məzar-Şərif şəhərində bir sərnişin avtobusu yol kənarında quraşdırılmış minanın partlayışına məruz qalıb. Burada azı yeddi nəfər həlak olub. Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR