Bunu İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılmaq üçün Tehrana gedən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iranlı həmkarı Məhəmməd Bəkir Kalibafla görüşü zamanı deyib.
"İki ölkə arasındakı əlaqələrin regional və qlobal bir dəyəri var. Bu səbəbdən hər sahədə əlaqələrin səviyyəsini yüksəltmək bizim borcumuzdur" deyə Mustafa Şentop qeyd edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Şentop görüş zamanı Əfqanıstanda baş verənlərə də toxunaraq deyib:
"Əfqanıstandakı siyasi qeyri-sabitlik və immiqrasiya problemi İslam ölkələrinin ortaq problemidir. Əfqanıstandakı immiqrasiya problemindən ən çox İran və Türkiyə əziyyət çəkir. Əfqanıstanda sabitliyi təmin etmək və miqrasiya dalğasını dayandırmaq üçün əməkdaşlığımızı artırmalıyıq".
Şentop, parlamentlərarası əlaqələrin əhəmiyyətini də vurğulayaraq "Beynəlxalq parlament zəminində bir yerdəyik. PKK terror təşkilatı regional bir təhdiddir. Bu baxımdan terror təşkilatlarına qarşı əməkdaşlığımızı daha da artırmalıyıq" deyib.
İran Parlamentinin sədri Kalibaf da iki ölkə arasındakı əlaqələrin əhəmiyyətinə işarə edərək,"Bundan sonra parlamentlər arasındakı əməkdaşlığımızı daha da inkişaf etdirməliyik. Bütün sahələrdə iqtisadi və siyasi əlaqələrimizi artırmalıyıq" ifadələrdən istifadə edib.
Kalibaf Türkiyədəki meşə yanğınlarında həyatını itirənlərə də görə də Şentopa başsağlığı verib.