Əfqanıstanın Mili Təhlükəsizlik Xidmətinin rəisi açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstanda keçirilən anti-terror əməliyyatları zamanı 407 İŞİD terrorçusu tutulub.
Bu barədə Əfqanıstanın Mili Təhlükəsizlik Xidmətinin rəisi Əhməd Ziya Sirac Kabildəki mətbuat-konfransında bildirib.
Onun sözlərinə görə, əməliyyatlar ölkənin bütün ərazilərində keçirilib, tutulanların hamısı xarici ölkə vətəndaşlarıdır.
Həmin terrorçuların Əfqanıstan daxili və xaricində müxtəlif cinayətlərdə əllərinin olduğu müəyyən edilib.
O qeyd edib ki, Əfqanıstan hökuməti həmin terrorçuların vətəndaşları olduğu 14 ölkə ilə əlaqə saxlayıb.
Sirac deyib ki, Əfqanıstandakı hazırkı müharibə regional və qlobal bir müharibədir.