Əfqanıstanda ticarət mərkəzinin yanında partlayıcı işə düşdü

Əfqanıstanda ticarət mərkəzinin yanında partlayıcı işə düşdü

Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni əyalətində partlayış törədilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə yerli polis rəsmisi Əhməd Xan Sireta məlumat verib.

Qeyd edilir ki, ticarət mərkəzinin qarşısındakı avtomobilin içərisində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Terror ötən gün axşam saatlarında baş verib.

Hələ heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR