Əfqanıstanda Taliban müvəqqəti hökümətini formalaşdırıb

Əfqanıstanda Taliban müvəqqəti hökümətini formalaşdırıb

Talibanın sözçüsü Zəbihulla Mücahid Əfqanıstanın yeni müvəqqəti hökumətinin tərkibinə kimlərin daxil olduğunu açıqlayıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki,  Əfqanıstan Baş nazirinin səlahiyyətlərini “Taliban” rəhbərliyi şurasının başçısı molla Məhəmməd Həsən  icra edəcək.

Hərəkatın siyasi ofisinin rəhbəri molla Əbdül Qani Bəradar Baş nazirin müavini, “Taliban”ın banisinin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, “Hakkani şəbəkəsi”nin yaradıcısının oğlu Siracuddin Hakkani daxili işlər naziri, Zəbihulla Mücahid mədəniyyət və informasiya naziri, molla Əmir Xan Mutaki xarici işlər naziri təyin olunub.

Müvəqqəti hökumətdəki digər əsas postlara təyinatlar barədə məlumatlar da açıqlanıb.

Qeyd edək ki, Taliban sentyabrın 6-da Pencşir vilayətində Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud qüvvələrilə toqquşmaların sona çatdığını, bölgəyə nəzarəti tam təmin etdiklərini elan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR