Əfqanıstanda sərnişin avtobusu partladılıb, ölənlər var

Əfqanıstanda sərnişin avtobusu partladılıb, ölənlər var

Əfqanıstanın Bəlx əyalətinin inzibati mərkəzi Məzar-Şərif şəhərində bir sərnişin avtobusu partlayışa məruz qalıb. Ölən və yaralananlar var.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, hadisə bu gün sübh Məzar-Şərif şəhərinin Üçüncü mikrorayonunda baş verib.

İlkin məlumata görə sərnişin avtobusu yol kənarında yerləşdirilən bombanın işə düşməsi ilə partlayışa məruz qalıb.

Hadisə şahidləri bu terror aktında ölən və yaralıların olduğunu bildirir.

Taliban hökumətinin Daxili İşlər Nazirliyi hələ bu barədə məlumat yaymayıb.

Partlayışı hələ heç bir qrup üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR