Əfqanıstanda partlayışlar törədilib.
Rasthaber Azərbaycan xəbər verir ki, partlayışlar ölkənin şərqindəki Cəlalabad şəhərində və paytaxt Kabildə baş verib.
Cəlalabaddakı terrorlar zamanı 2 nəfər həyatını itirib. Həmçinin uşaqlar da daxil olmaqla 19 nəfər xəsarət alıb. Yaralılar arasında “Taliban” üzvləri də var.
Kabildəki partlayış nəticəsində isə 2 nəfər xəsarət alıb.
Hələ heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.