Əfqanıstanda şiə din xadimi qətlə yetirildi

Əfqanıstanda şiə din xadimi qətlə yetirildi

Əfqanıstanın digər bölgələrində olduğu kimi Fərəh vilayətində də vəhhabi terrorçularının şiələrə qarşı qətl və sui-qəsdlərinin sayı artıb.

Az.rasthaber.com ABNA-ya istinadən xəbər verir, Əfqanıstanın Fərəh əyalətindəki yerli Taliban rəsmiləri əyalətdə Şiə ruhanisinin “naməlum silahlı şəxslərin” hücumu nəticəsində öldürüldüyünü bildirib.

Fərəh Təhlükəsizlik Komandanlığının sözçüsü Arif Adil bildirib ki, hadisə şənbə günü səhər saat 2:00 radələrində baş verib.

Adilin sözlərinə görə, Şiə din xadiminin adı “Şeyx Məhəmməd İsmayıl Mövhədi” olub və Fərəh şəhərinin üçüncü rayonunda güllələnib.

O, əlavə edib: “Qətl motivi bəlli deyil, lakin cinayəti törədənlərin tutulması üçün səylər davam etdirilir”.

Xəbəri paylaş

VİDEOLAR