Əfqanıstanda partlayış: Onlarla yaralı var

Əfqanıstanda partlayış: Onlarla yaralı var

Əfqanıstanın şimalındakı Baqlan vilayətində partlayış baş verib.

Az.rasthaber.comxəbər verir ki, Əfqanıstanın Baqlan vilayətinin inzibati mərkəzi olan Pul-i Xumri şəhərində partlayış baş verib.

Yerli media partlayış nəticəsində ən azı 16 nəfərin yaralandığını bildirib.

Hadisə şahidləri bildiriblər ki, əraziyə təhlükəsizlik qüvvələri və tibb qrupları göndərilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Talibandan heç bir şərh verilməyib.

Xəbəri paylaş

VİDEOLAR