Əfqanıstanın Farah vilayətində məktəbin yaxınlığında baş verən partlayış nəticəsində 21 nəfər yaralanıb.
Əfqanıstanın Farah vilayətində bir məktəbin yaxınlığında baş verən partlayış nəticəsində 21 nəfər yaralanıb.
Vilayətin Səhiyyə müdiri Əbdül Cabbar Şahik yaralılardan ən azı 10-nun məktəb şagirdləri olduğunu və yaralananların 3-nün vəziyyətinin ağır olduğunu bildirib.
Farah vilayətinin Şura rəhbəri Dadullah Kani də Taliban silahlılarının vilayətin Balabuluk qəsəbəsindəki hərbi məntəqəyə silahlı və bomba hücumu təşkil etdiyini söyləyib..
Hücum zamanı və hücumdan sonra baş verən qarşıdurmada hər iki tərəfin itki verdiyini ifadə edən Kani əsgərlərdən bəzilərinin silahlılara əsir düşdüyünü vurğulayıb.
Taliban tərəfindən hələ açıqlama verilməyib.