Əfqanıstanın Host əyalətində baş verən partlayış zamanı həyatını itirənlərin sayı 7 nəfərə çatıb.
Az.rasthaber.com-un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Qeyd edilir ki, partlayış zamanı həmçinin 15 nəfər xəsarət alıb. Yerli hökumətin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hadisə dini məktəbdə baş verib. Belə ki, məktəbdə əl qumbarası partlayıb.