Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 5 uşaq həlak olub

Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 5 uşaq həlak olub

Əfqanıstanın Vardak əyalətinin Saydabad rayonunda hərbi sursatın partlaması nəticəsində beş uşaq ölüb, ikisi yaralanıb.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Pajhvok" agentliyi məlumat yayıb.

Əyalət səhiyyə idarəsinin məlumatına görə, ölən və yaralananların yaşı 12-dən çox deyil.

Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq hərbi sursatların partlayışı nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntılarını yığarkən ölürlər.

Xəbəri paylaş

VİDEOLAR