Əfqanıstanda hərbçilər hədəfə alındı: Ölənlər var

Əfqanıstanda hərbçilər hədəfə alındı: Ölənlər var

Əfqanıstanda maşına yerləşdirilmiş bomba hücumu nəticəsində azı 30 nəfər təhlükəsizlik qüvvəsinin üzvü öldürülüb.

Böyük partlayış Qəzni vilayətində bazar günü baş verib. Vilayətin səhiyyə idarəsinin rəhbəri baz Məhəmməd Hemət 24 zabitin yaralandığını bildirib.

Qəzni adını daşıyan hərbi bazaya Əfqanıstanın xüsusi təyinatlı qüvvələri nəzarət edir.

Bu arada, Zabul vilayətində digər bir bomba partlayışı 3 nəfərin ölümü, 20-dən çox insanın yaralanmasına səbəb olub. Hücumun hədəfinin vilayət şurasının rəhbəri Ətta Can Haqbayan olduğu düşünülür. Hücum zamanı onun təhlükəsizlik mühafizəçisi həyatını itirib.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb. Hücumlar Talibanla Əfqanıstan hökuməti arasında dalana dirənmiş sülh danışıqları fonunda həyata keçirilib.

Daxili-əfqan adlandırılan müzakirələr ABŞ-ın vasitəçiliyi ilə Qəzətrdə başladılmışdı. Tərəflər çıxılmaz vəziyyətə görə biri-digərini günahlandırır.

Əfqanıstanda xüsusilə noyabr olmaqla, son aylar təhlükəsizlik qüvvələri və mülki əhaliyə qarşı hücumlar vüsət alıb.

Xəbəri paylaş

VİDEOLAR