Əfqanıstanın Loqar vilayətində avtomobilin partladılması nəticəsində ilkin məlumatlara görə 30 nəfər ölüb.
Rasthaber xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen Loqarın mərkəzi Puli Aləm şəhərində dünən axşam yerli vaxtla saat 19.00 radələrində bomba yüklü maşınla bir hücum edildiyini söyləyib.
Loqar Vilayət Şurasının rəhbəri Hasibullah Stanikzey hücumun bir qəbilə liderinə məxsus bir qonaq evinin qarşısında həyata keçirildiyini bildirib.
Hücumda ən az 30 nəfərin öldüyünü bildirən Stanikzey 90-dan çox insanın yaralandığını qeyd edib.
Stanikzey daha çox itki ola biləcəyindən narahatlığını da dilə gətirib.
Partlayışın şiddətindən ətrafdakı evlərə və iş yerlərinə ciddi ziyan dəyib.
Hücumun məsuliyyətini üzərinə götürən hələ olmayıb.