Əfqanıstanda daşqınlar nəticəsində 13 nəfər həyatını itirib

Əfqanıstanda daşqınlar nəticəsində 13 nəfər həyatını itirib

Əfqanıstanın müxtəlif əyalətlərində son günlər yağan güclü yağışlar nəticəsində baş verən daşqınlarda 13 nəfər ölüb, 8 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı mətbuata açıqlama verib.

Rəhimi bildirib ki, daşqın və sellər ən çox Lagman, Paktiya, Daykundi, Xost, Nangerhar, Meydan Wardak, Qəndəhar, Baglan və Gor əyalətlərinə təsir edib.

13 nəfərin həyatını itirdiyini, 8 nəfərin yaralandığını izah edən Rəhimi bəzi bölgələrdə yolların və su kanallarının dağıldığını bildirib.

Rəhimi qeyd edib ki, 3000 hektardan çox kənd təsərrüfatı sahəsi və 56 evə də ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR