Əfqanıstanda daşqın və qar yağması nəticəsində azı 11 nəfər ölüb, 23 nəfər yaralanıb.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərə hazırlıq agentliyindəki mənbə bildirib.
Qeyd edilir ki, Əfqanıstanda son bir neçə gündə yağan güclü qar tez-tez daşqınlara səbəb olur. Bu vəziyyət ellərində, xüsusilə Helmand , Nimroz, Farah, Nanqarhar, Badaxşan, Cövzcan, Tahar, Qəndəhar və Kabildə müşahidə olunur.
Eyni zamanda bildirilib ki, departamentin əməkdaşları hava şəraitinin təsirindən qapalı vəziyyətdə qalan onlarla insanı xilas və təxliyə edə bilib.