ÜDM-in azalması, ticari əlaqələrin pozulması və maliyyə sistemi problemləri nəticəsində 2022-ci ilin ortası üçün Əfqanıstandakı yoxsulluq səviyyəsi 97%-ə çata bilər.
Rasthaber Azərbaycan xəbər verir ki, bu cür dəyərləndirmə BMT İnkişaf Proqramının məruzəsində göstərilir.
BMT mütəxəssisləri tərəfindən Əfqanıstandakı həqiqi ÜDM-in 3,6%-dən 13,2%-dək azalması ilə ölkədəki hadisələrin inkişafı ilə bağlı 4 ssenari hazırlanıb.
Əgər ÜDM 13,2% azalarsa, ölkədəki yoxsulluq səviyyəsi 25% artaraq, 2020-ci illə müqayisədə, 97% təşkil edəcək.
Eyni zamanda, ən optimistik ssenari zamanı isə ölkədəki yoxsulluq səviyyəsi cəmi 7% artaraq 79% təşkil edəcək.
Qeyd edilib ki, 15 avqustda Əfqanıstanda hakimiyyətin dəyişməsindən sonra bu, ciddi iqtisadi problemlərə səbəb olub.
Bundan başqa, ABŞ rəhbərliyi Əfqanıstan Mərkəzi Bankının aktivlərini, o cümlədən də “(Əfqanıstanın) ABŞ-dakı 9 milyard dollar məbləğindəki rezervlərinin böyük hissəsini” dondurub.
“Xarici yardım, investisiya və ticarət axınları, demək olar ki, dayanıb və bu, ölkədə ağır maliyyə vəziyyətinin yaşacağının carçısıdır. Xarici yardım son illər Əfqanıstanın büdcə xərclərinin 75%-ni örtürdü”, – deyə əlavə edilib.
Bildirilib ki, Əfqanıstan həmçinin davamlı quraqlıq və pandemiyanın mənfi nəticələri ilə üzləşib.