Əfqanıstana yardım missiyasının müddəti daha bir il uzadılıb

Əfqanıstana yardım missiyasının müddəti daha bir il uzadılıb

BMT-nin Əfqanıstana Yardım Missiyasının müddəti daha bir il uzadılıb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddəti daha bir il uzadılıb.

BMT Təhlükəsizlik Şurasının Əfqanıstan sessiyasında səsə qoyulan qətnamə layihəsi yekdilliklə qəbul edilib. 

Qətnamədə BMT-nin Əfqanıstanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da əfqan xalqına dəstəyini davam etdirəcəyi vurğulanıb.

Qətnamədə həmçinin, “Taliban” rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının gözləntilərinə cavab vermədiyi, qadınların cəmiyyətə tam və bərabər inteqrasiyasının, insan hüquqlarının qorunmasının əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Xatırladaq ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və onun mandatı hər il uzadılıb.

UNAMA-nın qərargahı Kabildədir və onun təxminən 1200 nəfərlik heyəti var.

Xəbəri paylaş

VİDEOLAR