Həmdullah Muhib hökumətin İstanbul və Moskvada təşkil ediləcək sülh konfranslarında iştirak edəcəyini bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstan prezidenti Əşrəf Qaninin milli təhlükəsizlik üzrə məsləhətçisi Həmdullah Muhib hökumətin İstanbul və Moskvada təşkil ediləcək sülh konfranslarında iştirak edəcəyini bildirib.
H.Muhib paytaxt Qabildə təşkil etdiyi mətbuat konfransında Əfqanıstanın İstanbul və Moskva toplantılarında iştiraka hazırlandığını söyləyərək deyib: “Əfqanıstan hökumətini təmsilən bu iki yığıncağa bir neçə rəsmi nümayəndəmiz gedəcək, amma adları hələ dəqiqləşməyib. Sözügedən mövzu ilə əlaqədar Əfqanıstan Milli Ali Uzlaşma Şurası ilə Xarici işlər Nazirliyinin işləri davam edir.
Təksə “Taliban”la barış nəticə verməz. Əfqanıstan müharibəsinə daxil olmuş ölkələrlə sülh müddəti danışılacaq.”
Xatırladaq ki, Əfqanıstanda barışın təmin edilməsi üçün Rusiya Federasiyası 18 mart, Türkiyə isə apreldə barış müddəti konfransları təşkil edəcəklər.