Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir.
“Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, - məlumatda qeyd edilir.
Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış “Taliban” nümayəndələri xəbəri şərh etməyiblər.