Əfqanıstan paytaxtında yenə terror törədildi, ölənlər var

Əfqanıstan paytaxtında yenə terror törədildi, ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə bombalı hücumlar nəticəsində 3 nəfər həyatını itirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Kabul Polis İdarəsinin sözçüsü Ferdevs Faramarz mətbuata verdiyi açıqlamada, Kabulun Pul-i Suhta və Sar Kariz ərazilərində bombalı hücum törədildiyini, 3 nəfərin həyatını itirdiyini və 12 nəfərin yaralandığını bildirib.

Hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb.

Son zamanlar ölkə daxilində artmağa başlayan sui-qəsd cəhdlərində hədəflər arasında ən çox jurnalistlər, aktivistlər, din alimləri, dövlət məmurları və təhlükəsizlik qüvvələrinin olduğuna diqqət çəkilir.

Əfqanıstan hökuməti hücumlardan Taliban-ı ittiham edərkən, Taliban hücumlarla əlaqəsi olmadığını irəli sürür.

Xəbəri paylaş

VİDEOLAR