Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində azı 6 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin qurumlararası ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
“Dekabrın 11-də Əfqanıstan Sərhəd Qüvvələri Bəlucistan əyalətinin Çaman şəhərində dinc əhaliyə qarşı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edərək atəş açıb, nəticədə 6 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, Pakistan Sərhəd Qoşunları qarşı tərəfin bu “aqressiyasına layiqincə cavab verib”.