Əfqanıstan-İran sərhədindəki insident dayandırılıb – RƏSMİ

Əfqanıstan-İran sərhədindəki insident dayandırılıb – RƏSMİ

Bunu hər iki tərəfin rəsmiləri bəyan ediblər.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, ötən Əfqanıstan-İran sərhədində baş vermiş silahlı toqquşma dayandırılıb.

İran XİN rəsmisi Səid Xətibzadə bildirib ki, sərhəd toqquşmaları hər iki tərəfin kontaktları nəticəsində durdurulub. Qeyd edilib ki, atışmanı taliblər başladıb. Belə ki, taliblər iranlı fermerlərin sərhədi keçdiyini zənn edərək onlara atəş açıblar. Rəsmi Tehran həmçinin taliblər tərəfindən İran nəzarət-keçid məntəqələrinin ələ keçirilməsinə dair məlumatları da təkzib edib.

Əfqanıstanın müvəqqəti hökumətinin informasiya və mədəniyyət naziri Bilal Kərimi də silahlı toqquşmanın başa çatdığını təsdiq edib.

Xəbəri paylaş

VİDEOLAR