Əfqanıstan 400 Taliban məhbusunu azad etməyə başladığını bildirib.
Əfqanıstan hökuməti rəsmiləri son 400 Taliban məhbusunu azad etməyə başladığını bildirib. Rəsmilərin dediyinə görə, məhbuslardan 80-ni cümə axşamı sərbəst buraxılıb. Rasthaber Azərbaycan Voa-ya istinadən bildirir ki, məhbusların azad edilməsi müharibənin getdiyi ölkədə sülh danışıqlarına başlamaq üçün şərtlərdən biridir.
ABŞ və Taliban, bu ilin əvvəlində məhbusların azad edilməsi haqqında saziş imzalayıb. Razılığa əsasən Taliban əsir götürdüyü 1000 hökumət və hərbi personalın azad etməli, hökumət isə 5000 Taliban məhbusunu azad etməlidir.
Əfqan rəsmilərinin dediyinə görə, Talibanın həbsdə olan son 400 üzvünün azad edilməsi törətdikləri "böyük cinayətlər" səbəbindən problem yaradıb.
Lakin Taliban məhbuslarının sərbəst buraxılıb-buraxılmamağını müəyyən etmək üçün keçən həftə sonuna təyin olunan bir ağsaqqalar iclası təxirə salınıb.
Əfqanıstan prezidenti Əşrəf Qani axıra qalan 400 Taliban məhbusunun dünyaya "təhlükə" olduğu barədə xəbərdarlıq edib.
Talibanla Əfqanıstan hökuməti arasında sülh danışıqlarının bu ayın sonunda Qətərdə başlanacağı gözlənilir.