Fox News: Bayden Ukraynanın yox, ABŞ-ın problemlərinə diqqət yetirməlidir

Fox News: Bayden Ukraynanın yox, ABŞ-ın problemlərinə diqqət yetirməlidir

"Fox News"un aparıcısı Taker Karlson deyib ki, ABŞ prezidenti Co Bayden Ukrayna məsələlərinə deyil, Amerika məsələlərinə diqqət yetirməlidir.

Videoçarxda o, Baydeni parodiya edərək, "Ukrayna ilə bağlı narahatlıq" və "lənətə gəlmiş güclü" ABŞ iqtisadiyyatı haqqında ifadələrini xatırladıb. 

"Doğrudan? Siz ümumiyyətlə bazarları görmüsünüz? Birjadakı vəziyyət təkcə maqnatları narahat etmir, pensiya hesabınız bundan asılıdır. Fond bazarı kəskin şəkildə aşağı düşür", deyə Karlson bildirib. 

Az.rasthaber.com-un SalamNews-a istinadla verdiyi xəbərə görə, jurnalist əlavə edib ki, ABŞ-da inflyasiya rekord qırır və Bayden buna görə məsuliyyəti respublikaçıların üzərinə atır.

Daha öncə Takerin həmkarı Cessi Uotters də də Baydenin ölkədə baş verənlərə görə məsuliyyət daşımaq istəmədiyini qeyd edib. Əvəzində Ağ Ev rəhbəri hər şeydə Rusiyanı günahlandırmaqda davam edir.

Öz növbəsində ABŞ-ın birinci xanımı Cil Bayden etiraf edib ki, rəqiblərinə qarşı mehribanlıq ona və həyat yoldaşına onlara yönəlmiş qəzəbin öhdəsindən gəlməyə kömək edir.

Xəbəri paylaş

VİDEOLAR