Məlumata görə, insidentlər zamanı çox sayda Fələstinli yaralanıb.
Rasthaber trthaber-ə istinadən xəbər verir ki, bir qrup Fələstinli, İsrailin məcburi köç təhdidi ilə üz-üzə gələn Şeyx Cərrah Məhəlləsinin sakinləri ilə həmrəylik nümayişi keçirib.
Nümayiş zamanı məhəllədəki Yəhudi köçkünlər ilə Fələstinlilər arasında münaqişə yaranıb.
İsrail polisi isə aksiyaçıların dağılmaları üçün onlara müdaxilə edib və bir Fələstinlini nəzarətə götürüb.
Məlumata görə, insidentlər zamanı çox sayda Fələstinli yaralanıb.
Qeyd edək ki, 1956-cı ildən bəri işğal altındakı Şərqi Qüdsdə Şeyx Cərrah Məhəlləsində yaşayan Fələstinlilər İsrailin məcburi köç təhdidlərinə məruz qalırlar. Lakin 1948-ci ildən sonra Fələstinli Qaçqınlar üzrə Birgə Komitə ilə UNRWA və Şərqi Qüds ilə İordan çayının qərb sahilini idarə edən İordaniya dövləti arasında imzalanan razılaşma çərçivəsində Fələstinlilər Şeyx Cərrah Məhəlləsində yerləşiblər.