Sionist İsrailin Qəzzaya hücumlarında həlak olan mülki əhalinin qanını təmsil edən fələstinliləri dəstəkləyən nümayişçilər ABŞ dövlət katibi Antoni Blinkenin avtomobilinə qırmızı boya töküblər.
Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın uşaq qatili İsrailə hərbi yardım göstərməsinə və Təl-Əviv rəhbərliyinin Qəzzada mülki vətəndaşları şəhid etməsinə etiraz edən bir qrup fəal Antoni Blinken iqamətgahından çıxarkən onun rəsmi avtomobilinə qırmızı boya atıb.
Nümayişçilər həmçinin onun Virciniya ştatının Maklin rayonundakı iqamətgahı ilə üzbəüz Blinkenə bənzəyən qana bulanmış əlləri olan mumiya qoyublar.
Etirazçılar konvoyun müşayiəti ilə evindən çıxan və bir müddət Fələstin bayraqları daşıyan maşının arxasınca qaçan Blinkenə “ar olsun” qışqırıblar. Etirazçılar Blinkenin evinin qarşısına da qırmızı boya tökərək qan görüntüsü yaradıblar.
Nümayişçilər əllərindəki qazan və tavaları döyəcləyərək diqqəti cəlb etməyə çalışaraq Blinkenə “Qəzzada ölümləri dayandırın” və “Müharibə cinayətkarı” deyə qışqırdılar.